Gülməyi kimdən öyrəndin?
2020-ci ilin sentyabrında Azərbaycan millisi Bakıda Lüksemburqa 1:2 hesabıyla məğlub olmuşdu. Həmin vaxt komandamızı italyan Canni De Byazi çalışdırırdı. Onun Albaniyanı Avropa çempionatının final mərhələsinə çıxarmasını əlində bayraq edən AFFA bizi inandırmağa çalışırdı ki, italyan burda da həmin uğurunu təkrarlayacaq. Unudurdular ki, De Byazi Azərbaycana gələndə Albaniya millisinin futbolçularını da gətirə bilməyəcək. Bizim futbolçuların səviyyəsi isə böyük turnirlərin final mərhələsində yarışmağa yetərli deyil.
Hər dəfə bunu deyirik, təkrarçılıq etməyim və qayıdım 2020-ci ilin sentyabrına. Milli Lüksemburqa uduzanda sosial şəbəkələrdə mizahlı satirik yazıları ilə tanınan Alim Cəfər belə bir status yazmışdı: "Azərbaycan millisinin uduzmadığı ölkələr: Urartu, Ağqoyunlular, Qaraqoyunlular...” Yəni ki, uduzmadığımız bir Lüksemburq qalmışdı, ona da uduzduq, başqa........
