"Sabah" üçün həlledici məqam
Çoxdandır ki, beləsi olmamışdı. "Sabah”la "Qarabağ”ın eyni turda xal itirməsini nəzərdə tuturam. Nəhayət ki, oldu. Düzdür, nə "Sabah”, nə də "Qarabağ” məğlubiyyətlə üzləşmədi. "Köhlən atlar” Şamaxı səfərindən qolsuz heç-heçə ilə qayıtmalı oldusa, "Sabah” öz meydanında "Zirə”ilə oyunda əzmkarlıq sayəsində 1 xal qazana bildi. Rəşad Sadıqovun çalışdırdığı komanda Masazırdakı qarşılaşmanın birinci hissəsini öndə başa vurub, fasiləyə qalib kimi yollanmağı bacarmışdı. Lakin qələbə hesabını qorumaq mümkün olmadı. "Sabah” "Zirə”ni ikinci dəfə məyus edib, aktivinə bir xal yazmağı bacardı.
"Sabah”ın baş məşqçisi Valdas Dambrauskas komandasının böhranda olması fikrini yaxına buraxmır. Onunla mübahisə etməyə, "Sabah”ın tez-tez məğlub duruma düşməsini, oyunu çevirmək məcburiyyətində qalmasını fakt kimi ortaya qoymağa da dəyməz. Birincisi ona görə ki, heç kim öz ayranına turş demədiyi kimi,........
