Yüksək liqada
Diqqətli oxucuların yadında olar, keçən həftə “Rüşvətin Vikipediyası” başlıqlı yazımda Ramiz Mehdiyevin hələ də YAP-da saxlanılmasının anlaşılmazlıq yaratdığını qeyd etmişdim. Sağ olsunlar, iki gün qabaq Mehdiyevi nəhayət partiyadan qovdular. Keçmişdə mətbuatda “Biz yazandan sonra” rubrikası olardı, orda qəzetçilər qaldırdıqları problemlərin həlli barədə oxuculara məlumat verərdilər. Həmin rubrika yadıma düşdü, kövrəldim. YAP-a milli mətbuatımıza göstərilən diqqətə görə təşəkkür edirəm. Yəqin bundan sonra həmin rubrika davamlı olar, inşallah.
Əslində dövlətimizin buna gücü də çatır. Əgər biz beynəlxalq aləmdə cürbəcür tiplərin sözün əsl mənasında ağzını cırırıqsa, niyə daxildə eyni siyasət yürüdülməsin? Məsələn, bu gün 18 oktyabrdır, müstəqilliyimizin bərpası günüdür və ötən keşməkeşli günlərə baxanda qəlbimiz qürurla döyünür. Hətta qoltuğumuz qarpızlanır! Zarafat eləmirəm. Məsələn, yadınıza salın, Elçibəy ağlaşma qurmuşdu, deyirdi Kəlbəcər alınanda bəzi qardaş dövlətdən xahiş elədim, camaatı çıxartmağa mənə vertolyot da vermədilər. İndi isə biz həmin........
