Şlaqbauma hörmətlə
“Əgər millət azadlıqla şlaqbaum arasında seçim edərkən şlaqbaumu seçsə düz yoldadır”
Şəhərimizin iki küçəsinin kəsişməsində zəhmətkeşlər arasında kütləvi davanın videosu yayıldı, sonra dava iştirakçılarının bəziləri polis tərəfindən aşkar edilib götürüldü. Dava da insafən, gözəl dava idi, şillə-təpik havada uçurdu, hətta dava üzvlərindən biri hardansa tapıb gətirdiyi kətili rəqibinin, incəsənət termini ilə yazsam, tərəf-müqabilinin başına geydirmişdi.
Belə şeylər olanda xaricdə adətən səbəbləri də yazırlar, araşdırıb tapırlar, o cümlədən, adamların adı, hadisənin dəqiq ünvanı açıqlanır. Bizdə isə buna ehtiyac yoxdur. Biz adsız qəhrəmanlar ölkəsiyik. Əsas davanın özüdür. İndiki halda da ehtimal etmək olar ki, dava ya maşın saxlamaq üstündə olub, ya da biri o birinə zarafatla “peysər”-zad deyib. Ayrı nə səbəb olasıdır?
Ancaq ola bilər “Kitabi Dədə Qorqud dastanının müəllifi Kamal Abdulladır, yoxsa Anar” temasında fikir ayrılığı yaşansın. Ya da, nə bilim,........
