Oksimoronda yaşamaq
Milli Məclisdə “Dövlət xidmətləri haqqında” qanun üzərində yeniliklər hazırlanır. Düzü, hələ bilmirik hansı yenilik olacaqdır, ancaq mütləq xalqımıza xeyir verəcəkdir, çünki hələ biz ziyanlı qanun görməmişik. Qanunlar çıxdıqca bizim vəziyyətimiz yaxşılaşır. Hətta bir ara həddindən çox yaxşılaşmışdı, xalq Milli Məclisə müraciət elədi ki, xahiş eləyirik, yeni qanun qəbulunu dayandırasınız, yaxşılığa dözmürük.
Axı doğrudan da, pis olmasa yaxşının qədrini bilməzsən. Əgər insan ölümün gələcəyini bilməsə, həyatdan zövq almaz. Gecə düşməsə yata bilmərik. AXC-Müsavat cütlüyü olmasa, YAP hakimiyyəti bu qədər sürməzdi. Şair demişkən: “Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan, Sədəf su almayınca əbri-niysandan gühər verməz”. Yani, deyir dənizdən ləzzət almaq istəyirsənsə “Sea Briz” çimərliyinə getməlisən, balıqqulağının isə içərisinə aprel buludundan damcı düşməsə mirvari yetişməz. Hərçənd, hazırkı elm sevimli şairimizin səhv bilgisini sübuta yetirmişdir: molyuskun içində mirvari yetişməsi üçün yağış yox, qum dənəciyi lazımdır.
Bəli, ona görə də yayda Milli Məclis 3 aylığa istirahətə çıxır. Ki, xalqımız 3 ay qanunsuz yaşasın, bir az........
