Mənfi milli hallar
Öncə bir milli kriminal xəbəri yazaq. Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu Etibar müəllimin Bilgəhdəki villasından 19 min dollar oğurlayan milli bağbanın oğlu tutulmuşdur. Milli məhkəməmiz oğru gəncə təxminən 2 il şərti cəza təyin etmişdir. Gənc həmin vəsaiti milli eyş-işrət işlərinə - qızlarla əylənməyə sərf etdiyini açıqlamışdır.
Çox gözəl, humanist informasiyadır. İlk növbədə, Etibar müəllimin milli azadlıq hərəkatımız uğrunda mübarizəsinin ən azı villa ilə yekunlaşmasına sevinirik. O vaxt, yaxşı yadımdadır, biz meydanlara toplaşanda müxalifət liderləri bizə elə bu cür villalarda yaşayacağımızı, Azərbaycanın hər millimetrinə 10 santı qızıl döşənəcəyini vəd edirdilər.
İkincisi, oğru gəncin əldə etdiyi vəsaiti pis məqsədlə deyil, milli qızlarımıza xərcləməsi müsbət haldır. Halbuki, 19........
