menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Epşteynlə yoldaşlıq görüşü

22 0
28.03.2026

Əgər Sent Lüsiya adasını futbol oynamaq üçün qonaq çağırıb hörmətsizcəsinə 6 dənə qol vurursansa, yer-göy qan ağlamalı, şəhəri su basmalıydı. Çünki bilənlər bilir, bu ölkənin adı “Müqəddəs Lüsiya” mənası verir, həmin zənən xeylağı isə xristian kilsəsində hörmətli arvadlardan biridir, Venesiya şəhərinin də himayədarıdır. Zəhləmgetmiş jurnalistlər demişkən, “belə olan halda” Sabunçunu niyə su basıb Venesiyaya döndərməsin?

Həmçinin Lüsiya xala ilə bağlı başqa rəvayətin də əsasında su durur. Guya bu, bir isveçli balıqçının övrəti imiş, balıqçı dənizdən qayıtmır, Lüsiya isə əlində fənər, qayanın üzərində onu gözləyərək daşa dönür. Lakin zəhmətkeşlərimiz hökumət nümayəndələrini gözləyərkən daşa dönmədilər, bəzi videolarda icra başçıları xalqı belində daşıyırdı, çalışırdılar kiminsə........

© Müsavat