Ayın çıxarışı
ABŞ prezidenti, sayın Donald Trampın Yerin süni peyki Ayı mənimsəmək cəhdindən hazırda dünyamızda ancaq tənbəllər danışmır. Tramp bu haqda sosial şəbəkə hesabında paylaşım etmişdir. Ayın şəklini qoyub, elə bu cür də yazmışdır: “Ay bizimdir”.
Prinsipcə, Trampın buna haqqı çatır, çünki amerikalılar Aya ilk dəfə qədəm basan insanlardır, tarixən isə bəşəriyyət coğrafi məkanları “birinci kim kəşf elədi” tipli tragikomik prinsiplə damğalamış, mənimsəmişdir, ta orda qədimdən kim yaşayıb-yaşamayıb, bunu vecinə alan olmayıb. Məsələn, ABŞ-ın keçmiş sakinləri olan qəbilələr indi rezervasiyada yaşayırlar. Ruslar Ural ətrafını, qədim türk torpaqlarını, Sibiri basıb alıblar, özlərini elə aparırlar ki, başqırdlar, tatarlar, saxalar, çuvaşlar bu yerlərin yiyələri deyildir.
Doğrudur, hələlik bu prinsip adından göründüyü kimi, Yerə aiddir (Coğrafiya – Yer haqqında elmdir). Ay isə kosmik cisimdir, onun bütün bəşəriyyətə məxsusluğu haqqında hansısa müqavilə-zad da olmalıdır. Lakin hegemon dövlətlər qızışanda, müqavilə kimin vecinə olur?
Yeri gəlmişkən, bir ara bizim sayın manıslarımızdan Ədalət Şükürovun Ayda torpaq sahəsi almağı........
