Aya uçan deputat
Amerikalılar təzədən Ay tərəfə raket göndəriblər, içində də müəyyən qədər astronavt. Lakin bu səfərə müsəlman aləmindən icazə almayıblar. Halbuki, bizim cəmi müsəlmanlar üçün Ay müqəddəs obyektdir, ona baxıb salavat çəkirik, bayramlar Ayı görəndə başlanır (hər il bunun üstündə müəyyən qədər qardaş qırğını da düşür, lakin indi mövzumuz bu deyildir), kalendar Aya görə tərtib olunub, hətta az qala müsəlman dövlətlərinin hamısının bayrağında-gerbində Ay təsviri vardır. Təklif edirəm şeyximiz Ayın ziyarəti üçün hər amerikalıdan 10 min dollar alsın.
Müsəlman şairləri də Ay barədə çoxlu şeirlər yazmışdır, məsələn, birində şair deyir ki, burax gedim, Ay işığı, hökumətdən təzə ev almalıyam, lakin Ay şairi tutur saxlayır, qanqaraçılıq yaranır və sairə. İnşallah, Ay şairi indiyə buraxmış olar, dəqiqləşdirmək........
