menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ailə televiziyası barədə şok xəbər

12 0
previous day

Sumqayıtda şirkətdən dəmir-dümür və naqillər oğurlayıblar, oğru tutulub. Məlum olub elə şirkətin öz mühafizəçisidir. Qəzet isə bu xəbərə “Şok hadisə” başlığı atıb.

Savadsız yanaşmadır. Hətta, yalan olmasın, Mətbuat Şurasına şikayət də eləmək mümkündür. Xüsusən də təzə sədr seçiblər, qoy siftəsini eləsin. Nəyə görə bu qənaətdəyəm? Birbaşa yazıram, bu dəfə uzunçuluq mənasızdır: qarovulçunun ona tapşırılan obyektdən oğurluq eləməsi qədər təbii hadisə yoxdur. Təbii, bizdə. Başqa dövlətlərlə nə işimiz?

Biz oğurlamasaq, yaşaya bilmərik. Özü də bunun kasıbçılıq-varlılıqla, yaşla, cinslə, bölgə-filanla əlaqəsi yoxdur, hamı oğurlayır. Kimin nəyə gücü çatsa. İmkanlı imkanlı şəkildə oğurlayır, imkansız nəyə imkanı çatsa. Məsələn, bugünlərdə SOCAR-ın keçmiş əməkdaşının 100 milyon manat oğurladığını öyrəndik. Sumqayıtdakı qarovulçu isə təxminən 1700 manatı əkişdirmişdi.

Oğurluq eləməyənə xalqımızın hörməti olmur. “Oğrudan oğruya halaldır”, “Tutulmayan oğru, bəydən, xandan doğru”, “Malını yaxşı........

© Müsavat