Paşinyanın “qələmini” yalnız o QIRA bilər – Puti
Ermənistanın Baş naziri Nikol Paşinyan özünün 1 aprel Moskva səfərini uğurlu sayır. Haradasa haqlıdır, çünki Putinlə srağagünkü gərgin söhbət-mübahisədən heç də məğlub ayrılmadı. Baş nazir xüsusən də yaxasından asdığı, kiçildilmiş “real Ermənistan” xəritəsi ilə bağlı mövqeyini müdafiə etməyi bacardı.
Əslində, bu xəritə ilə o, Kreml başçısına hər şeydən öncə bu mesajı çatdırdı ki, “Qarabağ məsələsi bitib, erməni xalqı müharibələrdən yorulub” və “köhnə kartı” təzədən, süni şəkildə gündəmə gətirməyə ehtiyac yoxdur, onun əsas işi isə yalnız “real Ermənistan”ı qoruyub inkişaf etdirməkdir. Görüşdə Paşinyan Putinin üzünə söylədi ki, Bakı və İrəvan artıq sülh prosesinin içindədir. Yəni ki, “köhnə palan içi tökməyin, niyyətinizi bilirik”...
Rusiya rəhbərinin çıxışınsan, ardınca Baş nazirin müavini Aleksey Overçukun müsahibəsindən isə nəticə........
