Lenin üçün “qəbir əzabı” – Patriarx Kiril solçum
Rusiya kommunistləri (KPRF) noyabrın 7-də Moskvada Oktyabr inqilabının ildönümü ilə bağlı aksiya keçirməyə hazırlaşır. Lakin hər il təkrarlanan ənənəvi tədbirlə bağlı bu dəfə deyəsən problem yaranıb.
Məlumat yayılıb ki, solçu partiya Moskvada Karl Marksın abidəsi önündə mitinq və Vladimir İliç Leninin mavzoleyi istiqamətində yürüş keçirməyi planlaşdırsa da, tədbirin taleyi hələlik qeyri-müəyyəndir.
Yerli medianın yazdığına görə, məhdudiyyətlər paytaxtla yanaşı, Tümen, Omsk, Voloqda, Çerepovets və Kostromada da müşahidə edilməkdədir. Hakimiyyət orqanları aksiyalara müxtəlif əsaslarla icazə verməyib, bəzi şəhərlərdə isə kommunistlərə əlverişsiz məkanlar təklif edilib. Səbəb kimi Putin iqtidarının izafi küçə fəallığından çəkinməsi və tarixi anım mitinqlərinin cari siyasi etirazlara çevrilə bilməsi........
