İrəvanda MÜHARİBƏ bayrağı qaldıranlar – CAVABIMI
Ermənistanın Baş naziri Nikol Paşinyan və partiyasının qarşıdakı seçkilərdə əsas rəqibi aşağı-yuxarı bəlli. Bu – ev dustaqlığında olan erməni əsilli rusiyalı oliqarx-milyarder Samvel Karapetyan və onun təsis elədiyi “Güclü Ermənistan” hərəkatıdır.
Son rəy sorğuları da göstərir ki, hakim partiyadan sonra ən çox tərəfdarı olan Karapetyandır. Artıq o, seçkilərlə bağlı əsas əngəlin aradan qalxması üçün Rusiya və Kipr vətəndaşlığından imtina edəcəyini bildirib. Aprelin 23-ə, qeydiyyat müddəti bitənədək onun öz sözünü tutub-tutmayacağını isə görəcəyik. Əks halda, yerli MSK Karapetyanı seçkilərə buraxmaya bilər...
Hərçənd, belə bir ehtimal böyük deyil. Əsas da ona görə ki, hazırda sabiq prezident, “Ermənistan” blokunun başçısı Robert Köçəryan yox, məhz Samvel Karapetyan Rusiyanın "stavka" elədiyi əsas adamı sayılır. Daha bir səbəbə: keçmiş xunta rejiminin baş simvolu və ictimai nifrət obyekti........
