Kryuçkovun "kryuçok"u, DTK-nın son çırpıntısı– 3
22 avqust SSRİ-nin tam sürətlə dağılmağa başladığı gündür. Buna qədər də çox şey olmuşdu: qırmızı imperiyanın sütunları 1988-ci ilin fevralından çatlamağa başlamışdı, epizodik demontaj olayları Tiflisdə, Bakıda, Vilnüsdə bir-birini əvəz etmişdi, amma 1991-ci ilin 22 iyunundan sonra dağılma prosesi sürətləndi.
Krımdakı Foros kurortunda girov saxlanılan SSRİ rəhbəri Mixail Qorbaçovun paytaxta qayıtması ilə “QKÇP qiyamı” süquta uğramış oldu və qiyamçılar çox keçmədən həbs edildilər. 4 il əvvəl Boris Yeltsini ölkə rəhbərliyi vəzifəsindən qalmaqalla uzaqlaşdıran Qorbaçov məhz Yeltsinin və komandasının dəyanəti, müqaviməti sayəsində hakimiyyətə qayıtdı.
Ancaq bu qayıdış nə onun özünü, nə də rəhbərlik etdiyi dövləti xilas etmədi. Əksinə, mərkəzdənqaçma prosesi şiddətləndi, müttəfiq respublikalar ard-arda müstəqilli bəyannamələri qəbul etdilər və ilin sonunda artıq SSRİ adlanan dövlət tarixə qovuşdu.
“QKÇP qiyamı” kompartiya elitasının və güc nazirliklərinin SSRİ-ni və hakim partiyanın hegemonluğunu qorumaq üçün son çırpıntı idi. Qiyam təşəbbüsünün arxasında Dövlət Təhlükəsizliyi Komitəsi (DTK - KQB) və onun rəhbəri Vladimir Kryuçkovun durduğu çox keçmədən məlum oldu. Ortaya çıxdı ki,........
