menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Gilyotinə layiq canilərin müdafiəçiləri – Erməni

19 0
friday

Hansısa fransız nazirin, deputatın və şəhər merinin Azərbaycana qarşı siyasi iddialar, tələblər səsləndirməsi nadir hadisə deyil. Onlar bunu vaxtaşırı, hətta tez-tez edirlər. Bir növ rutin hala gəlib.

Axırıncı dəfə Fransanın xarici ticarət və investisiya naziri Nikolas Forissier Bakıda həbsdə olan ermənilər barədə danışıb, erməni məhkumların məsələsinin həllinin vacib şərt olduğunu bildirib.

Bu cür bəyanatlar vermək sanki fransız siyasətçilərin boynunun borcudur. Bu davranış heç də hazırda Fransada hakimiyyətdə olan və ölkəsini idarə etməkdə çətinliklər çəkən prezident Emmanuel Makronun rəhbərlik etdiyi iqtidar komandasının proqramı, prioritetləri ilə bağlı deyil.

Fransa özünü lap çoxdan erməni pasibanı, himayədarı kimi aparır. Bu lkədə hakimiyyətə kim gəlir-gəlsin, ermənipərəst olur, hakimiyyətə iddia edən qüvvələrin bəyanat və açıqlamalarında, seçkiqabağı təbliğat çıxışlarında mütləq bir “erməni xətti” sezilir. Hamısı bu topluma əlahiddə şəkildə yarınmağa, erməni icmasından səs almağa çalışır.

Fəqət elə çıxmasın ki, fransız nazir, deputat, merlərin başqa dərd-sərləri yoxdur, gecə-gündüz ermənilərin qayğıları ilə yaşayırlar. Elə də deyil. Bu görüntünü, qənaəti ermənilər yaradırlar, özlərini arxa-dayaqlı göstərmək istəyirlər.

Əslində isə onlar yüksək vəzifə yiyələrindən əl çəkmir, günlərlə fürsət qovalayır, qəbullara düşür, yalvarıb-yaxarır, axırda bir........

© Müsavat