Bloqer Folks mediaya qalib gəldi... yenidən jurn
Jurnalistika və bloqerliyin müqayisəsi yenə sosial şəbəkələrdə aktuallaşıb. Bunun bir səbəbi Şuşada keçirilən qlobal media forumuna bloqerlərin dəvət olunması, bir səbəbi isə bu ixtilafın dövri, xroniki səciyyə daşımasıdır.
Bir çoxları kateqorik rəy bildirir: “Azərbaycanda jurnalistika ölüb, yoxdur”; “Azərbaycanda jurnalistika bloqerliyə uduzub” və sair və ilaxır.
“Ölüb” və “uduzub” felləri ağır kəlmələrdir, amma ağır olduğu qədər əsaslı deyil.
Hansısa ləziz qidaların hazırlanması prosesini çəkib göstərənlər, avtomobil markalarının funksionallığından danışanlar, tibbi əməliyyatın incəliklərini gözlər önünə sərənlər, izləyicilərinə eyzən psixoloji tövsiyələr verənlər, getdikləri ölkələrin gəzməli, görməli yerlərindən video paylaşanlar, yanğın, sel və ya texnogen qəza hadisəsinin üstünə çıxan və hadisə yerindən operativ xəbər çatdıranlar, bir sözlə, əlinə smartfon götürərək özlərini, öz hərəkətlərini, vərdişlərini rəqəmsal məkanda dünyaya nümayiş etdirənlər jurnalistikanı əvəz edə, onunla rəqabətə girə bilməzlər.
Ona qalsa, hər gün dünyanın 200 ölkəsində on minlərlə gözəl qadın yarıçılpaq şəkildə kamera qarşısında oturmalarını, rəqslərini, qəhvə içmələrini, erotik yerişlərini, primitiv........
