Ana dilində danışmağın “millətçilik” olduğu günl
Bu günlərə haradan gəlib çıxdığımızı, hansı mərhələlərdən keçdiyimiz doğru-dürüst öyrənməkdə fayda var. Yoxsa gənc nəsil hesab edir ki, ta ötən əsrin əvvəllərindən Azərbaycan xalqı bu regionda dominant olub, 1918-ci ildə respublika qurub, 1991-ci ildə isə onu bərpa edib, milli dövlətçiliyinə sahib olub.
Bu cür sürət cizgi filmlərində olur: torpağa toxumun əkilməsi, cücərməsi, boy atması, böyük ağaca çevrilməsi və bar verməsi cəmi bir neçə saniyənin içində baş verir. Bir xalqın öz həqiqi suverenliyinə qovuşması isə bəzən əsrdən uzun çəkir.
Xalqımız və onun ziyalıları “öz əlimiz, öz başımız” olması üçün hələ 70 il öncə hərəkətlənməyə başlayıb. Onların tam əksəriyyəti müstəqil Azərbaycan dövlətini görmədilər, amma bir qismi gördü.
1953-cü ilin martında Stalin öləndən sonra, SSRİ adlanan yeni rus imperiyasının tərkibinə zorla daxil edilmiş, həm də vertikal şəkildə, birbaşa Kremldən idarə olunan “müttəfiq respublikalar”ın bir çoxunda gizli millətçilik, mədəni dirçəliş hərəkatı başlayanda Azərbaycan da qıraqda qalmayıb.
Bu xüsusda Gürcüstan və Ermənistan bizdən 1-2 addım öndə olub. Bizimki bir qədər “qonşudan dala qalma” səciyyəsi daşıyıb.
Bizdə əsas diqqət ana dilimizin və mədəniyyətimizin qorunması, yerli kadrların dövlət işinə daha çox cəlb edilməsi, milli ədəbiyyatın, teatrın və kinonun........
