menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Xalqın dərdini yazın” demaqogiyasının sonu – şə

24 0
09.10.2026

Heç olmaz ki, sosial şəbəkədə öz həyatına aid nəsə bir qeyd edəsən, yaxud bir şəkil paylaşasan və kimsə gəlib belə bir şərh yazmasın: “Arada ölkədə baş verən hadisələrə də münasibət bildirin”; “Xalqın dərdini yazın e”.

İllərdir bu demaqogiya davam edir. Sanki hər gün saytda, qəzetdə (bəlli bir çərçivədə olsa da) yazdıqlarımız xalqın dərdi, problemi deyil. Onu açıb oxumurlar, sosial şəbəkələri izləyirlər, orada “xalqın dərdi”ni yazmamasınsa, bunu sənə qarşı töhmət-təhniz predmetinə çevirirlər.

Başqa sözlə, ötən illərin qəzet oxucuları əksəriyyət etibarilə sosial şəbəkələrin milli seqmentində oturub, oranı siyasi mübarizə üçün ən yaxşı platforma, təbliğat-təşviqat tribunası hesab edir.

Bizim günümüzdə olan ölkələrin çoxunda belədir. Maddi rifahı, siyasi düzəni normal olan ölkələrdə sosial şəbəkələr əsasən ünsiyyət, xəbərləşmə, əyləncə platformasıdır.

Bizdə niyə belə olmasının bir çox səbəbləri var, ən əsası peşəkar medianın çərçivələrinin sıxılması, indiki hala gəlməsidir. Media quruluşu təsis etmək, yaşatmaq, böyütmək üçün böyük maliyyə qaynağı, maddi dəstək lazımdır. Qəhətdir.

Burada isə heç bir maliyyə qaynağına ehtiyac yoxdur, sosial şəbəkə istifadəçisi olursan və öz siyasi fikirlərini, “xalqın dərdi”ni yazırsan.

İndi elədir ki, artıq hər kəs “xalqın dərdi”ni yaza bilər və bir xeyli adam bilik və bacarığı qədər elə........

© Müsavat