“Daşnak yuxuları”nın ağır daşı – o, 50 il sonra
Yazıçı Əkrəm Əylislinin Avropa Rekonstruksiya və İnkişaf Bankının (ARİB) təsis etdiyi ədəbi mükafatı alması ölkədə yenidən onun personasını diqqət mərkəzinə gətirib, mübahisələrin episentrinə atıb.
Əkrəm Əylislini o məlum və məlun əsərinə görə hələ də qınayanlar, bağışlamayanlar var, onu müdafiə edənlər də bu dəfə daha mütəşəkkildirlər. Ortadakı fikir müxtəlifliyi heç də ədəbi polemika çərçivəsində deyil, məsələnin siyasi və milli tərəfləri daha önəmlidir.
Yayılmış informasiyalarda göstərilir ki, bu mükafat yazıçıya sovet vaxtı yazdığı "Adamlar və ağaclar" trilogiyasına görə verilib. Amma bu, açıq-aşkar göz boyamaqdır. Ola bilər ki, Əkrəm Əylislinin 50 il öncə yazdığı həmin trilogiya ingilisdilli auditoriyanın qəlbini indi fəth edib, amma onu Avropadakı siyasi və ədəbi dairələrə tanıtdıran nə adamlardır, nə də ağaclar, Ə.Əylislini Avropada tanınmış yazıçı edən ermənilərdir.
Yaxşı yazıçının pis əsəri
Ə.Əylisinin yazıçılığına söz yoxdur, adam söz ustasıdır, yaxşı əsərləri var. Naşirliyinə də bir irad ola bilməz, gözəl kitablar nəşr edib. Redaktorluğunu desən, “Azərbaycan” jurnalına rəhbərlik edəndə əla ədəbi jurnal buraxıb. Tərçüməçiliyinə diqqət yetirəsi olsaq, Markesin “Gözlənilən bir qətlin tarixçəsi” romanını ana dilimizdə yenidən yaratdığını danmaq mümkün deyil.
Ancaq söhbət onun sinninin ahıl vədəsində qələmə aldığı “Daş yuxular” romanına gəldikdə yazıçı haqqında eyni cür müsbət fikirdə qalmaq olmur. Bu əsər böyük fəlakətdir, ermənilər demişkən, meds yaqerndir.
Dünən bu xüsusda başlanmış, əsasən ədəbi zövqü və ictimai mövqeyi olan adamlar arasında gedən virtual polemikada yazdığım fikirlərin bir qismini burada iqtibas etməli olacağam.
Öz qapısına qol vuran müdafiəçi
Birincisi, bir xeyli adam hər şeyi kənara qoyaraq, “Daş yuxular”ın bədii səviyyəcə çox zəif əsər olduğunu deyirlər. Bunu hətta Əkrəm........
