menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Uşaqların gözü yaşlı, Məleykə xanım!

33 0
15.03.2026

Bu gün ölkə üzrə buraxılış imtahanları keçirildi. Nəticələr? Yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur. Amma mən bu gün bir abituriyent valideyni olaraq övladımın imtahan verdiyi məktəbin qarşısındakı mənzərədən çox şey öyrəndim. İmtahandan çıxan gözüyaşlı qızlar, narazı oğlanlar...Məlum, oğlanlar özlərinə ağlamağı sığışdırmadığı üçün sadəcə əsəbi şəkildə məktəbdən çıxıb qələbəliyin arasında valideynlərini tapırdılar. Oxumaqdan, test çözməkdən rəngi ağarmış balaca qızlar isə analarını görən kimi “ana, çatdırmadım. Vallah, vaxt az idi” kimi sözlər deyib, onları qucaqlayırdılar. Şişirtmirəm, mübaliğə etmirəm... Pərt, incik, valideyninin əziyyətini puç etdiyini düşünən mahcub yeniyetmələr... Gün ərzində nə qədər abituriyentlə danışdım. Böyük əksəriyyəti deyir ki, bəzi test tapşırıqları proqram çərçivəsindən kənara çıxıb. Bundan başqa, sualların düzgün və aydın formada tərtib olunmadığını, bəzi sualların mətninin həddindən artıq uzun olduğunu, bunun da verilən vaxtla uyğun olmadığını iddia edənlər də var. Və ən vacibi riyaziyyatla bağlı gələn şikayətlər idi. Abituriyentlər iddia edir ki, cavabı cavab vərəqlərində kodlaşdırılan sualların sayı 7 ədəd olsa da,........

© Müsavat