Transformatoru payalayan inanclı cahillər
Dünən axşam dostlar sosial şəbəkədə bir video paylaşmışdılar, baxanda adamı gülmək tuturdu, amma ağlamalı video idi.
Deməli, Hindistanda bir kənddə inək transformatorun altından keçəndə, necə olubsa, elektrik cərəyanına qapılıb. Yəni el dilində desək, dilsiz-ağızssız heyvanı “tok” vurub öldürüb. Ağ inəyin böyrü üstə qaldığını görən induslar hərəyə bir paya götürərək cumublar transformatorun üstünə, sağdan döşəyirlər, soldan vururlar, biri yorulur, çəkilir, o biri yeni güclə gəlir. Avadanlığın dəmirini döyəcləyirlər, naqillərini qırırlar. Bir od vurub odlamadıqlar qalır. Onu da yəqin hadisə yerinə gələn ağsaqqallar məsləhət edəcəklər.
Baxırsan, mat qalırsan. Adamlar anlamırlar ki, türkün sözü, trafonu zədələməklə heç nə olmayacaq, amma axşam qaranlıqda qalacaqlar.
Başqa yer olsaydı, dərhal o inəyi kəsərdilər ki, qanı axsın, əti murdar olmasın. Ondan sonra alışma edərdilər, hərəyə 4-5 kilo ət düşərdi, aparıb balalarına yedizdirərdilər.
Amma iş ondadır ki, inək induslarda müqəddəsdir, ətini yemək olmaz. İnancları belədir.
İşə baxın ki, inək ətindən ləzzətli steyklər bişirən ingilislər müstəmləkə illərində (1757-1947) onların bu inancına toxunmayıblar,........
