menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Qızıl-qırmızı hakimlik

30 0
23.04.2026

Belə olacaqsa, futbolun başını buraxaq. Baxıb zövq aldığımız deyil, artıq iyrənirik. İyrənməklə qalmır, onsuz da xalqın uzun illərin gərginliyi ilə tarım çəkilmiş əsəblərinə də pis təsir edir.

İnsan da gözünü dünyaya açandan ta pensiyaya çıxana qədər hər qədəmbaşı haqsızlıq görə-görə yaşayarmı, a kişilər? (Bu söhbətin qadınlara az dəxli var, çünki futbolla o qədər də maraqlanmırlar).

40 il əvvəl Minskdən olan bir arbitr vardı, adıbatmışın adı Vadim, soyadı Juk idi. Yaramaz soyadının haqqını verirdi, həşəratın biriydi, fürsət düşən kimi “Neftçi”ni uduzdururdu. Komandamız onsuz da ağgünlü deyildi, iki qələbə ard-arda qazandığı olmazdı, heç-heçələr üzrə ixtisaslaşmışdı, düz-əməlli oynayanda da Jukun zavalına gəlirdi. Bir oyun ərzində “Neftçi”nin qapısına 3 penalti təyin etmək nə demək idi? Juk bunu etmişdi. (Vikipediyasında isə qızıl-qırmızı saxtakarlıq edib, yazdırıb ki, guya Kiyev “Dinamo”sunun qapısına iki, “Neftçi”nin qapısına isə bir penalti təyin edib). Halbuki hər turda 20 komandanın qarşılaşdığı 10 matçda qapılara toplam 3 penalti təyin edilmir.

Bax, görürsünüzmü, aradan 40 il keçib, yaramazın üzgörənliyi, qeyri-obyektivliyi hələ unudulmayıb. Müsəlman olsaydı, sosial şəbəkə........

© Müsavat