menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Moiseyi sionistləri cəzalandırmağa çağıranlar

26 0
14.10.2026

Gözəl şairimiz Nüsrət Kəsəmənlinin əla bir şeiri var: “Daha nağıllara inanmıram mən”. O şeirin iki msrası günümüzdə baş verən hadisələrin mahiyyəti ilə səsləşir: Biri belədir: “Bizi yuxulara verdi nağıllar, daha nağıllara inanmıram mən”. O birisi də bu cürdür: “Gözlədim, göylərdən alma düşmədi, daha nağıllara inanmıram mən!”.

Nağılların (hər cür nağılların) bizi yuxuya verməsi də, axırda göydən alma düşməməsi ilə bağlı umsuq olmağımız da yüzdəyüz doğrudur. Baş qatmaq üçündür nağıllar.

Hazırda dünyada nağıllara inananlarla inanmayanların qütbləşməsi gedir. Bir qütb nağıllara daha ürəkdən inanır, o biri qütb inanmır. Hər iki qütbün tərəfdarları artır. Araya sadəcə nifaq almaları düşür. Düzünə qalsa, mən özüm də lap çoxdandır nağıllara inanmıram. Məsələn, uzun illərdir inanmıram ki, İsa peyğəmbərin dünyaya gəlməsində hansısa fövqəlbəşər qüvvənin rolu olub. İnanıram ki, bu, adının çəkilməsini istəməyən kişinin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Sadəcə, söhbəti babat fırladıb, işi düzüb-quşub, xalqı inandırıblar. Müasir elmlər də sübut edir ki, başqa cür mümkün deyil. İndi kim buna inanırsa, inansın, sözüm yoxdur, bir halda ki inanc məsələsidir, qoy elə........

© Müsavat