menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Kibirli kiberdələdizlardan necə qorunmalı?

34 0
11.07.2026

Dünən əməkdaşımız Məhəmməd Türkmən virtual dələduzluqlar barədə yekə bir xüsusi araşdırma yazısı yazıb, rəqəmsal məkanda yer alan kələkbazlıqların, fırıldaqların mahiyyətini, məğzini, necə deyərlər, “gözlər önünə sərib”.

Bu gün baxıram ki, başlığı “gəl, məni oxu, maariflən, aldanma” deyən məqaləni 1000 adam oxuyub. O tərəfdə “Müğənni Filankəsin qısa ətəyi müzakirəyə səbəb oldu” başlıqlı yazıların baxış sayı isə rekord qırır. Halbuki o müğənninin dizinin və bezinin görünüb-görünməməsi ictimai-siyasi əhəmiyyət kəsb etmir, bu yalnız onun yaxınlarını maraqlandırmalıdır.

Ancaq virtual məkandakı dələduzluqlar, fırıldaqlar isə hamımızın həyatına təsir göstərə bilər.

“Hamımızın” deyəndə söhbət bir az sadəlövh, hamıya və hər şeyə tez inanan, yeni fırıldaqlardan xəbərsiz olan şəxslərdən gedir. Elə ütük, ayıq-sayıq adamlar var ki, onlar heç zada inanmırlar, hər zaman siçan tələsindəki müftə pendirin oraya məkrli məqsədlərlə qoyulduğundan şübhələnirlər və tələyə düşmürlər. Amma belələri azdır. Böyük çoxluq asan yolla qazanc əldə etməyə meyllidir və hansısa bir dələduz öz şirin dili və cəlbedici təklifi ilə onların damarına düşə........

© Müsavat