Gənc əkənin “U dönüşü”
Sovet vaxtı hərbi xidmətdən qayıdan və bizim kimi yeniyetmələrin yanında əsgərlik xatirələri danışan böyüklər ən azı bir neçə epizodda bizə yanlış məlumatlar veriblər.
Məsələn, bizim “blatnoy” kəndçilərimiz hərbi hissədə hamını qapazaltı (“çurban”) etdiklərindən danışarkən şişirtməyə yol verirmişlər. Heç demə, ən azı, özbək qardaşlar onların dediyi qədər fağır, üzüyola deyillər, hətta xeyli fərasətlidirlər.
Bu gün qardaş özbəklərin səsi haralardan gəlir, bilirsiniz? ABŞ-dən, Cənubi Koreyadan, Kanadadan, Meksikadan, Almaniyadan.
Rusiyanı bilirsiniz, Kalininqraddan Kuril adalarına qədər Rusiyanın bütün şəhər və qəsəbələrində milyonlarla Özbəkistan vətəndaşı yaşayır. Ruslar onlar ha deportasiya edirlər, qurtarmır.
Tramp özbək miqrantları geri göndərmək üçün xüsusi təyyarə reysləri açdırıb, eyzən daşıyırlar. Almaniya Əmir Teymurun nəvələrini həm qəbul edir, yerləşdirir, həm də ölkədən çıxarır.
O gün bir özbək miqrantın sorağı İsraildən gəlib. İran raketlərinə görə ölkədə həyəcan siqnalı veriləndə və hamı qaçıb sığınacaqlara doluşanda əkə (bu, onlarda aka – ağa deməkdir) qaçmayıb, video çəkib və özbək........
