menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Alternativ ssenari – ayran reklamı

23 0
17.07.2026

Mövzu gündəmdəykən, alternativ ssenari təklif edim, həm məsələyə yüngülvarı aydınlıq gəlsin, həm də məlum olsun ki, isterikaya qapılmağa, çox hövllənməyə lüzum yoxdur.

Söhbət başıbəlalı dondurma reklamından gedir. O necə dondurmadırsa, budur, bir həftədir, insanları gah yandırır, gah dondurur.

Cəncəldən çıxış yolu budur: qoy qadınlar da bənzər bir reklam çarxı çəksinlər, əvəz-əvəz olsun, qisas qiyamətə qalmasın. Çarx aşağıdakı ssenari üzrə çəkilə bilər:

“Kafe. Üzbəüz oturmuş oğlan (yaş 32-33) və qız (yaş 26-27). Bir-birinə baxırlar. Bu dəfə əks-cinsi müştəri gözüylə süzən qızdır. O düşünür: “Saçı bir az seyrəlib, amma keçəl deyil. Deyəsən, başının ortasına tük əkdirib. Aha, gicgahlarında ağ tük yoxdur. Demək, başını saç qaraldan şampunla yuyur”.

Kadr dəyişir, oğlan əlini saqqalına çəkir. Qız düşünür: “Saqqalı da sırf sol yanağındakı çapığı örtmək üçün saxlayır. Kim bilir, başına nə iş gəlib. Sol qolunda tatuaj da var. Qartal şəkli. Ya “Beşiktaş” azarkeşidir, ya da quşbeyindir. Qulaqları sınıqdır, demək, güləşə gedib. Qarnı var. Bu yaşda qarnı bu........

© Müsavat