menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Rusiya türk dövlətidirmi: Tokayevin Ankarada ver

60 0
01.11.2026

Yakutiyadan Tatarıstana, Başqırdıstandan Dağıstana qədər uzanan türk coğrafiyası, Rusiyanın formalaşmasında Qızıl Ordanın rolu, türk əsilli rus knyazları və Moskvanın Türk Dövlətləri Təşkilatına daxil olmaq ehtimalı…

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə toplantısında olduqca maraqlı, eyni zamanda siyasi baxımdan mübahisəli bir təkliflə çıxış edib: Rusiya da Türk Dövlətləri Təşkilatının fəaliyyətinə qoşulmalıdır!

Tokayev Rusiyanın türk dünyası ilə əsrlər boyu sıx əlaqələr saxladığını, bu ölkədə çoxsaylı türk xalqlarının yaşadığını, rus dilində türk mənşəli sözlərin geniş yayıldığını xatırladıb. Qazaxıstan lideri Moskvanın təşviq etdiyi “Altay – türk sivilizasiyasının beşiyi” layihəsinə də diqqət çəkib.

Musavat.com yazarına görə, Tokayevin konkret təklifi Rusiyanın dərhal tamhüquqlu üzv qəbul edilməsindən daha geniş diplomatik məna daşıyır. O, Moskvanın TDT əməkdaşlıq formatına qoşulmasını, yaxud təşkilatda müşahidəçi statusu almasını məqsədəuyğun sayıb.

İlk baxışda qəribə görünür. Axı Rusiya özünü slavyan dövlətçiliyinin əsas mərkəzlərindən biri kimi təqdim edir. Rus dili slavyan dilidir, əhalisinin böyük əksəriyyəti ruslardan ibarətdir, dövlətin tarixi-siyasi kimliyi də rus xalqının ətrafında qurulub.

Bəs belə bir ölkənin Türk Dövlətləri Təşkilatında nə işi var?

Məsələ burasındadır ki, bugünkü Rusiyanın siyasi sərhədləri daxilində yalnız slavyan tarixi yaşamır. Bu nəhəng coğrafiyanın böyük bir hissəsi əsrlərlə türk xalqlarının və türk dövlətlərinin məskəni olub. Müasir Rusiya dövlətçiliyinin, idarəçilik ənənələrinin, hərbi-siyasi elitasının formalaşmasında da türk və monqol-tatar dünyası ilə münasibətlərin mühüm izi var.

Tokayevin təklifini anlamaq üçün bugünkü Moskvanın siyasi bəyanatlarından, aqressiv reallığından bir qədər uzaqlaşıb xəritəyə və tarixə baxmaq lazımdır.

Və həmin xəritədə ilk qarşımıza çıxan sual budur: Rusiya ərazisində nə qədər türk yaşayır və bu xalqların tarixi vətənləri haralardır?

Rusiyanın içərisindəki türk dünyası: 10 milyonlarla insan, nəhəng tarixi coğrafiya

Rusiyanın 2021-ci il əhalinin siyahıyaalınmasının nəticələri maraqlı mənzərə yaradır. Ölkədə yalnız tatarların sayı 4,7 milyondan çoxdur. Əslində bu rəqəm daha da yüksəkdir: iddialara görə bur çox türk xalqları kimi tatarlar da assimilyasiyaya məruz qalıblar və milyonlarla insan özünü "rus" deyə qeydə aldırır. Bundan sonra yazacağımız topluluqlar da elədir.

5 il öncəki rəsmi rəqəmlərə görə

Başqırdlar 1,57 milyon, çuvaşlar isə 1 milyondan artıqdır. Bunlara saxaları, kumukları, qazaxları, azərbaycanlıları, tuvalıları, qaraçayları, balkarları, noqayları və başqa türk xalqlarını əlavə etdikdə, söhbət 15 milyondan artıq insandan gedir.

Bur daha vurğulayım ki, Rusiyada siyahıyaalma bütün etnik mənzərəni tam əks etdirmir. 2026-cı ildə Nationalities Papers elmi jurnalında dərc olunan araşdırmada Rusiyanın son siyahıyaalınmasında etnik mənsubiyyətin qeydə alınması ilə bağlı ciddi çatışmazlıqlar göstərilib.

Rusiyada əsas türk xalqları — 2021-ci il siyahıyaalınması:

Tatarlar – 4 713 669 nəfər. Əsas tarixi yaşayış əraziləri Tatarıstan, Volqaboyu və Ural bölgəsidir.

Başqırdlar – 1 571 879 nəfər. Başqırdıstan və Cənubi Uralın qədim sakinləridir.

Çuvaşlar – 1 067 139 nəfər. Əsasən Çuvaşıstanda və Volqaboyunda yaşayırlar.

Qazaxlar – 591 970 nəfər. Həştərxan, Orenburq, Altay və Qazaxıstanla sərhədyanı bölgələrdə məskunlaşıblar.

Kumuklar – 565 830 nəfər. Dağıstanın düzənlik ərazilərinin qədim türk sakinləridir.

Saxalar (yakutlar) – 478 409 nəfər. Saxa Respublikası – Yakutiyanın əsas yerli türk xalqıdır.

Azərbaycanlılar – 474 576 nəfər. Dağıstanda, Moskvada və Rusiyanın müxtəlif şəhərlərində yaşayırlar. (Əslində isə həmin dönəmdə azərbaycanlıların Rusiyadakı sayları 2 milyon civarlnda idi)

Tuvalılar – 295 384 nəfər. Əsasən Tuva Respublikasında məskunlaşıblar.

Qaraçaylar – 226 271 nəfər. Qaraçay-Çərkəz Respublikasının yerli türk xalqlarındandır.

Balkarlar – 125 044 nəfər. Kabardin-Balkar Respublikasında yaşayırlar.

Noqaylar – 109 042 nəfər. Dağıstan, Stavropol və Qaraçay-Çərkəz ərazilərində məskunlaşıblar.

Bunlar əsas böyük icmalardır. Rusiyanın türk etnik xəritəsi bununla bitmir.

Altay türkləri, xakaslar, şorlar, dolqanlar, tofalar, teleutlar, telengitlər, kumandinlər, tubalar, çulım türkləri, Sibir tatarları, krım tatarları, qaqauzlar, qarapapaqlar, ahıska türkləri, özbəklər, qırğızlar, türkmənlər, uyğurlar və Türkiyə türkləri də Rusiyanın müxtəlif bölgələrində yaşayırlar.

Bu xalqların bir hissəsi qədimdən həmin torpaqların yerli sakinləridir, digərləri isə müxtəlif dövrlərdə miqrasiya nəticəsində Rusiyaya yerləşiblər.

Ancaq burada daha mühüm məsələ var: türk xalqları Rusiyanın yalnız əhalisinin bir hissəsi deyil, onun nəhəng ərazilərinin tarixi sakinləridir.

Yakutiyadan Tatarıstana: Rusiyanın türk coğrafiyası nə qədər böyükdür?

Saxa – Yakutiya: təxminən 3,08 milyon kvadratkilometr.

Dünyanın ən böyük submilli inzibati ərazilərindən biridir. Əhalinin əsas yerli türk xalqı saxalardır. Paytaxtı Yakutskdur. Almaz, qızıl və digər təbii sərvətləri ilə seçilir.

Tuva: təxminən 168,6 min kvadratkilometr.

Cənubi Sibirdə, Monqolustanla sərhəddə yerləşir. Tuvalılar türk dilində danışan qədim........

© Müsavat