menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Boğazda qalan İran

36 0
13.03.2026

Nə Vaşinqtonun, nə İsrailin bu müharibəni necə bitirəcəkləri barədə aydın planları var

Yenə o fikirdə qalıram ki, ABŞ İranla müharibəni məhz İsrailin təkidi səbəbindən başlayıb və əgər dünya mediasının yazdıqları doğrudursa, indi də aralarında savaşı bitirməklə bağlı ciddi fikir ayrılıqları yaranıb.

Tramp birinci hakimiyyəti illərində də anti-İran siyasəti yeridib, heç bir ciddi səbəb göstərmədən ABŞ-ı İranın “altılıq” ölkələri ilə nüvə razılaşmasından çıxarıb. Qüdsü (Yerusəlimi) BMT-nin qərarına zidd olaraq İsrailin paytaxtı kimi tanıyıb. İndi də ikinci hakimiyyətindən ötən 14 ayda ikinci dəfədir İranla müharibəyə girişib.

Netanyahu görünür, Xameneinin öldürülməsi ilə bu dəfə İranın “kitabının birdəfəlik bağlanacağına”, İslam rejiminin dağılacağına Trampı inandıra bilmişdi. Ona görə savaşın ilk 48 saatından sonra Tramp deyirdi ki, əsas məqsədləri İranda hakimiyyət dəyişikliyidir. Dünyanın ən məlumatlı və “qulağı yerdə” kəşfiyyatına malik iki ölkə dini liderin yerini təsbit edib onu öldürəndən sonra hakimiyyət dəyişikliyinin olacağını yəqin ki, Tehranın bulanıq havasına baxıb deyə bilməzdilər. Amma Xamenei və SEPAH-ın bir neçə generalı həyatda yoxdurlar, 13 gündür İran bombalanır, islamçı rejim isə hələ dəyişməyib, dini liderin oğlu da........

© Müsavat