Yaxşı camaatın nağılı...
Düzü, Anarın “Yaxşı padşahın nağılı”nı xeyli gec, səhv etmirəmsə, 90-cı illərdə tapıb oxumuşdum. Sonradan öyrəndim ki, hekayə 70-ci illərin lap əvvəllərində yazılıbmış. Onda uşaq idim, amma necə olubdur ki, sonrakı illərdə hekayəyə rast gəlməmişəm, doğrusu, bilmirəm, çünki hekayələrini yox, amma yazıçının sovet dövründə çap olunan bütün povestlərini və məşhur romanını (jurnal variantında) oxumuşdum, hətta deyim ki, müəllif o vaxt ən çox oxunan yazıçılardan idi.
Görünür, diqqətsiz olmuşam, hərçənd, o gün bir yazıda da qeyd etmişdim ki, sovetin vaxtında biz rayon uşaqlarının kitabdan və televiziyadan başqa bir şeyimiz yox idi. Sözüm bu yazıçıdan düşmüşkən, illər öncə bir maraqlı detal olmuşdu – elə bir ciddi məsələ olmasa da hər halda maraqlı idi.
Siyasətçilərimizdən biri müsahibəsində demişdi ki, hələ uşaqlıqda (yanıılmıramsa, 10-12 yaşında) Anarın “Ağ liman” və digər povestlərini oxuyurdum.
Doğrusu, bu, mənə nəinki inandırıcı görünməmişdi, hətta qeyri-ciddi təsir bağışlamışdı. Bilirsinizmi, 10-12 yaşlı uşaq hətta ali riyaziyyatı da öyrənə bilər. Dünyada nəinki yüzlərlə, bəlkə minlərlə belə misallar olub. Dahilər bir yana, sovetinda vaxtı elə bizim Azərbaycanımızda bir 12 yaşlı yeniyetmədən yazmışdılar, özü də deyəsən, onda deyilən kimi, “beynəlmiləl ailə”dən çıxmışdı. Qərəz, gənc 12 yaşında məktəbi bitirib Tibb İnstitutuna qəbul olunmuşdu səhv etmirəmsə. Özü də deyirdi ki, neyrocərrahiyyəylə məşğul olmaq istəyir.
Təxminən elə o vaxtlarda bir erməni yeniyetmə haqqında da oxumuşdum, o, da məktəbi 12 yaşında bitirmişdi və kibernetik olmaq istədiyini demişdi – o vaxt kibernetika,........
