Yaşamaq hamının haqqıdır, yoxsa...
Çoxu elə bilir ki, sanki dünyada yaradıcı insanlardan daha bəxtəvəri yoxdur: Tanrı onlara bu boyda istedad veribsə, daha nə problem, qalan hər şey düzələndir...
Amma belə insanların həyatına nəzər salanda görürsən ki, heç də belə deyil. Sovet vaxtı Frunzik Mkrtçyan adlı aktyor vardı. Ekranda görünəndə sifətlərə təbəssüm qonardı. Sovetin çağlarını yaşayanlar onu daha çox “Mimino” filmindən xatırlayarlar.
İllər sonra təsadüfən onun həyatı haqqında oxudum. Erməni olanda nə olar, doğrusu, çox, xeyli təsirləndim! Bəli, adamın bir övladı varmış o da xəstə!..
Ən böyük arzusu oğlu ilə birlikdə balıq tutmağa getməkmiş. Ümidi Fransayaymış. Sərhədlər açılanda oğlunu Fransaya, həkimlərə göstərmək üçün aparır. Amma çox təəssüf! Əlac........
