menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Suverenlikdən, Qarabağdan savayı da vacib nəsə v

22 0
21.05.2026

Nəinki fiziki, hətta bioloji və kimyəvi sistemlərə də xas olan bir proses var: istənilən tendensiya gec-tez əks tendensiya doğurur və onun inkişafı zəifləməyə başlayır. Məncə, oxşar hadisələr cəmiyyətdə, siyasətdə də baş verir. Bir də görürsən ki, hanısısa siyasi ssenari, siyasi model əvvəl effektiv olur, amma müəyyən müddətdən sonra staqnasiya başlayır, ləngimələr, hətta geriləmələr özünü göstərir. Bəzən soruşurlar ki, dövlət qurulub, suverenliyi təmin olunub, iqtisadiyyat ideal şəkildə olmasa da, hər halda, normal ritmindədir, diplomatiyada hətta nəzərəçarpacaq uğurlar var, ən əsası da ölkənin bir nömrəli problemi həll olunub, əraziləri işğaldan qurtulub. Soruşurlar ki, bütün bunlar doğrudanmı, sizləri qane etmir?..

Əvvəlcə, qeyd edək ki, bunların hamısını nəinki qəbul edir, həm də dəyərləndiririk. Amma həyat heç vaxt bitmir, dayanmır, bir problemi həll edirsən, başqası yaranır, ona görə də dayanmaq, arxayınlaşmaq da olmur, hətta ziyanlıdır.

Üstəgəl, biz də əvvəlcə gənc Azərbaycanın qarşısında duran problemlərin üç mərhələsini görürdük: dövlətin qurulması, yeni iqtisadi modelə keçid və Qarabağ probleminin həlli. Amma bunun ardınca ölkənin demokratikləşdirilməsi də gəlməlidi, çünki bu da labüd prosesdir; bu mərhələ başlamasa dövlət institutları effektvkiyini itirməyə başlayacaq, hətta........

© Müsavat