İndi hər yer Kərbəla deyilmi?..
Yox, mübahisə etməyəcəm. Sadəcə, onu deyəcəm ki, bizdə tez-tez, xüsusən də Ermənistandakı son seçkinin fonunda xüsusilə hallanan “inzibati resurslar” və onların seçkidə istifadə olunması heç də yaxşı hal deyil, əksinə bunun bütün formaları demək olar ki, ciddi təsnif olunub və onların hamısı çox ciddi qanun və seçki pozuntusu sayılır və hər birilə bağlı məhkəmələrə müraciət etmək olar və normal ölkələrdə edirlər də.
Dediyim budur ki, bizdə hakimiyyətin az qala, “təbii üstünlüyü” hesab edilən “inzibati resurslar”dan istifadə qəti yaxşı hal deyildir, hətta ciddi qanun pozuntusudur ki, bunu təkrar qeyd edirik. Belədəsə, şəxsən mən dəqiq bilmirəm, Paşinyan bundan istifadə etdi, ya etmədi? Amma iki məqam var ki, istər-istəməz adamı şübhələri özündən qovmağa məcbur edir, çünki, birincisi, təbliğat mərhələsi başlayan kimi Paşinyan öz məzumiyyət götürdü, ikincisi, onun opponentləri heç də zəif, imkansız adamlar deyildilər (cəmi yüzə yaxın üzvü olan parlamentdə hətta 40-a yaxın mandat qazanmaq az iş deyil), əllərinə bircə belə fakt düşsəydi yəqin ki, indiki baş nazirə qarşı dərhal məhkəmə qaldırar, hətta seçkinin nəticələrini ləğv........
