Repressiya maşınının sükanı arxasındakı “məsum”
Nikol Paşinyan Ermənistanda elə atmosfer yaradıb ki, revanşistlərin “kürkünə birə düşüb”. Bu günlərdə küncə sıxışdırılan müxalifət lap bizim “Mozalan”dakı kadrları xatırladır: “Hamımızı qıracaq!” Axı bir az əvvəl Paşinyan anons etmişdi, təxminən belə: “Özümə təzə müxalifət düzəldəm gərək”.
Ermənistanın Baş naziri ölkədə yeni, dövlətyönümlü müxalifətin formalaşmasına ehtiyac olduğunu bəyan edib. Ermənistanın bir sıra icmalarında keçirilən bələdiyyə seçkilərinin nəticələrini şərh edərkən bildirib ki, bir sıra icmalarda toplanan 80-90 faizdən çox səslər onu sevindirməyib. Bu arada, Ermənistanın 21 icmasında yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər zamanı bələdiyyə seçkilərində iştirak edən bir neçə müxalifətçi də saxlanılmışdı. Amma nə olsun, nə ATƏT, nə MATƏT səsini çıxartmadı, heç deyəsən, müşahidə də eləmədilər. Əksinə, Paşinyanı Brüsselə, Avropa İttifaqının sammitinə dəvət etdilər. Üstəlik, müxalifətçilərin başına açdığı oyunlara, evlərindəki axtarışlara, davam edən həbslərə, Paşinyanın yeni müxalifət yaradılması ilə bağlı planlarına da reaksiya “0”-dır. Avropa da belə Avropadır. Axı, Paşinyan “Qərbin adamı” kimi təqdim olunub. Hakimiyyəti dövründə Rusiya ilə ən yüksək ticarət dövriyyəsinə malik olan Ermənistanın hökumət başçısı Qərbin sadiq adamı imiş, xəbərimiz olmayıb.
Demək belə...İrəvanın Nor Nork rayon məhkəməsi sahibkar və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın həbs müddətini üç ay uzadıb. Qərar bir az əvvəl elan olunub. Xatırlatmaq yerinə düşər ki, Qaqik Tsarukyan iyulun 7-də, elə seçki günü külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilib. Daha sonra ona qarşı, bu dəfə vergidən yayınma ilə bağlı yeni cinayət işi başlanıb. Tsarukyanın vəkilləri onun həbsi üçün heç bir əsasın olmadığını iddia edirlər. Amma əsas həmişə tapılar, necə deyərlər.
Nikol Paşinyan hələ seçkilər zamanı “müharibə partiyası”nın hər üç liderinin başını əzəcəyini, hətta onları divara “suvayacağını” demişdi. Hesab edirdi ki, onlar sülhə təhlükədirlər və hakimiyyəti zəbt edərlərsə, Ermənistanı savaşa sürükləyəcəklər. Məsələnin bu tərəfindən baxdıqda, haqq edir, hələ az edir. Məsələn, başı əzilməli Robert Köçəryanı da “içəri”də çürüdür. Amma onu........
