menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Paşinyan niyə özünü Göyçə gölünə atdı - Şuşada y

30 0
12.09.2026

Nikol Paşinyan ilin bu vədəsində özünü Göyçə gölünə atdı. Maraqlıdır, Emmanuel Makron Parisdə Ermənistanın baş nazirinə nə demişdi ki, Fransadan qayıtdıqdan sonra Göyçəyə baş vurmağa qərar verib?..

Bəlkə Fransa Prezidenti Nikol Paşinyana 1918-1920-ci illərin xəritələrini xatırladıb? Yeri gəlmişkən, Paşinyanın Parisdə olarkən sosial şəbəkədəki şəxsi profilində paylaşımlar etmişdi. Biz də 1920-ci ildə Fransa qəzetində Qərbi Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verilməsindən bəhs edən xəbərin surətini onun səhifəsinə göndərmişdik. O iddiada deyilik ki, həmin paylaşım Nikol Paşinyanı həyəcanlandırıb. Amma istisna deyil ki, Fransadakı müzakirələrdə hansısa digər uzağa gedən bir gedişatdan da bəhs olunub. Çünki biz Fransa Prezidentinin hakimiyyətdə olduğu müddətdə Azərbaycana qarşı əsassız iddialarla çıxış etdiyini görmüşük.

O da istisna deyil ki, Göyçə gölü ilə tarixi həqiqətlərdən də bəhs olunub və Paşinyan üçün sərin Göyçə gölü müalicəvi əhəmiyyət kəsb edib. Nikol Paşinyan Göyçə gölünə girməklə sanki “Bu göl mənimdir, dədə-babamdan qalıb” mesajını vermək istəyib.

Düzdür, Paşinyan ənənəvi qaydada yenə də “Sevan”dan bəhs edib. Amma unutmamalıdır ki, Azərbaycan Prezidenti Elmlər Akademiyasının 80 illik yubiley tədbirindəki çıxışı zamanı xatırlatmışdı ki, bu gölün adı “Sevan” yox, Göyçədir! Yəni tarixi həqiqəti olduğu kimi dilə gətirməyə borcludur. Prezident İlham Əliyevin həmin tarixi fikirlərini bir daha xatırladaq: “Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada........

© Müsavat