menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İrəvanda “300 min azərbaycanlı qayıdır” davası v

19 0
11.06.2026

Ermənistanda seçki sonrası qalxan toz-duman səngimir. Bir müddət iqtidar və müxalifət məhkəmə dəhlizlərində üz-üzə gələcək, gedişat bunu göstərir. Nikol Paşinyan ən təhlükəli rəqibi olan rusiyalı milyarder Samvel Karapetyana qarşı məhkəmə iddiaları ilə çıxış edib.

Belə görünür, Paşinyan parlamentdə özündən sonra ikinci yeri tutan milyarderi sona qədər küncə sıxışdırmaq niyyətindədir, çünki onu hakimiyyəti üçün real təhlükə hesab edir. Üstəlik, onun arxasında Kremlin dayanması və konkret tapşırıqlarla Ermənistana gəlməsi, böyük pullara sahiblik etməsi, həmçinin Erməni Apostol Kilsəsinin əsas donorlarından biri olması Paşinyanın narahatlığını artıran səbəblərdəndir.

Düzdür, indiki situasiyada hətta Samvel Karapetyanın seçki saxtakarlıqlarına etiraz olaraq mandatdan imtina edəcəyi barədə məlumatlar da var. Amma Nikol Paşinyan bu xəbərlərə münasibətində bildirib ki, əgər müxalifət deputat mandatlarından imtina edərsə, o zaman onun partiyası parlamentdə tam üstünlük əldə etmək imkanı qazanacaq. Amma bu ehtimal olduqca zəifdir. Karapetyanın ev dustaqlığı şəraitində yüksək nəticə əldə etdikdən sonra mandatdan imtina etməsi onun siyasi karyerasına ciddi zərbə vura bilər. Həm də Rusiyadan aldığı təlimatlar onun alternativ ssenariyə əl atmasını mümkünsüz edir.

Digər tərəfdən, Nikol Paşinyanın hətta çox cüzi səs itkisi hesabına parlamentə düşmək üçün baryeri keçə bilməyən Sarukyanla bağlı ironik və aşağılayıcı reaksiyası da ondan xəbər verir ki, o, müxalifətin daha irəli gedən planları həyata keçirə biləcəyinə inanmır. Robert Köçəryanla bağlı isə vəziyyət bəllidir. Çünki Ermənistan cəmiyyətində “Qarabağ klanı”na nifrət mövcuddur və bir çoxları hesab edir ki, ölkənin yaşadığı faciə və fəlakətlərin başında məhz bu klan........

© Müsavat