Gorun çatlasın, Femida və ya Avropadakı şarlatan
İlk baxışda belə görünür ki, qərəzli mövqelərinə cavab olaraq Azərbaycanın rəsmən əlaqələrini kəsdiyi Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasından (AŞ PA) sonra Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) də ölkəmizə qarşı hücuma keçib. Xeyr, özünü “ədalət mücəssiməsi” kimi təqdim edən bu qurumun Azərbaycana qarşı qərəzi yeni deyil...
Hələ 2021-ci ildə AİHM 2014-cü ildə əsirlikdə olan Ermənistan vətəndaşlarının (Mamikon Xocoyan və Karen Petrosyan) “yaşamaq, azadlıq hüquqlarının pozulması və işgəncələrə məruz qalması səbəbindən” Azərbaycanı hər bir iş üzrə 40 min avro (ümumilikdə 80 min avro) təzminat ödəməyə məhkum etmişdi. Ermənistanın Tavuş vilayətinin iki “mülki” sakininin 2014-cü ilin əvvəlində və avqustunda sərhədi keçərək Azərbaycana qarşı təxribat törətmək cəhdi göstərilən zamanı əsir götürülməsinin qarşılığında Məhkəmə belə bir qərar çıxarmışdı. Bildirilirdi ki, onlardan biri əsirlikdə, digəri isə geri qaytarıldıqdan qısa müddət sonra vəfat edib.
AİHM Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncələrin qadağan olunması) və 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddələrini pozduğunu iddia etmişdi. Sən torpaqlarını on illərlə işğal altında saxladığın ölkənin ərazilərinə casus-kəşfiyyat məqsədilə adamlar göndər, ifşa olunduqdan sonra da hay-küy qaldır, Avropanın da “bərkgedən” qurumundan dəstək gəlsin, zərərçəkəni mühakimə etsin. Bax, həyasızlığın beynəlxalq səviyyədə tanınması, təbliği belə olur! Elə məhz erməni kəşfiyyatçıların hərəkət etdiyi istiqamətdən Tovuz istiqamətində Ermənistanın “yeni ərazilər uğrunda” hücumu baş verdi 2020-ci ildə...Burunları əzildi, amma Azərbaycanın igid oğullarının qanı hesabına. General Polad Həşimov kimi qəhrəmanımız şəhid oldu. Bəs, onun və onların yaşamaq hüququ yox idimi? Şəhidlərimizin ailəsinin, övladlarının ürəyi daşdandırmı? Necə olur, işğalçı, terrorçu layiqli cavabını alanda, zərərsizləşdiriləndə, hətta öz əcəli ilə öləndə Avropa Məhkəməsinin “ürəyi tutur”, amma Azərbaycan durduğu yerdə bu qədər işğal, soyqırım faktına məruz qalır, 4 min əsir və itkinindən xəbər verilmir, bu faktlara məhəl qoyulmur?! Azərbaycan ərazisinə keçən Xocoyan cəmi bir aydan sonra Ermənistana qaytarılmışdı. Və evinə dönəndən iki ay sonra ölmüşdü. Onun ölümünə görə Azərbaycanmı cavab verməli idi, yoxsa Ermənistan? Bəlkə onun zəruri tapşırıqları icra etmədiyinə görə cəzalandırıblar...Amma Avropa Məhkəməsini həqiqət maraqlandırmır(dı).
Necə ki, Avropa İnsan Hüquqları Məhkəməsi bu........
