Bakının “qara siyahı”sındakı Petra Bayr tövbə ed
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 36-cı prezidenti Petra Bayr Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Azərbaycana səfərindən əməlli-başlı “havalanıb”. Diqqət edin, xanım Ursula fon der Leyen Bakıda, Prezident İlham Əliyevlə görüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin perspektivləri barədə nikbin açıqlamalar verir, təmsil olunduğu qurumun bölgəmiz və ölkəmizlə əlaqədar planlarını açıqlayır, AŞPA prezidenti olan bu qadın isə haqsızlığa məruz qaldığı üçün qapısını üzlərinə çırpdığı təşkilatdan üz çevirən Azərbaycanın qarasına deyinir...
Müsahibədə Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlər, insan haqları, Assambleyanın qətnamələri və Azərbaycanın təşkilata qayıdış perspektivləri müzakirə olunub. Bu ilin yanvarında AŞPA-ya prezident seçilən kimi, Azərbaycana qarşı hücum əmri ilə hikkəsini ortaya qoyan Bayr gileylənib ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasını artıq uzun müddətdir təmin etmir. Bu məhkəmənin nə qədər “ədalətli” olduğunu 2016-cı ilin Aprel döyüşlərində Talış kəndində məhv edilən işğalçı erməni mayorun ailəsinin şikayətini təmin edərək, Azərbaycanı 104 min avro cərimələyəndə gördük. Özü də Ermənistana taxıl dəhlizi açan, yanacaq satan, sülh imzalanması istiqamətində qətiyyətli addımlar atan Azərbaycanı. Üstəlik, rəsmi İrəvanın da təqdirlə yanaşdığı proseslərin fonunda Azərbaycanın cəzalandırılması əclaflıqdır! Bütün bunlardan sonra AİHM qərarlarının icrasına kim qol qoyar?! AŞPA 2014-cü ildə, Aprel döyüşlərindən iki il əvvəl Sərsəng Su Anbarı ilə bağlı qətnamə qəbul etmişdi. Əgər Ermənistan o və digər qətnamələrə əməl edib, işğalçı ordunu torpaqlarımızdan çəksəydi, heç Aprel döyüşləri də baş verməzdi, 2020-ci ilin........
