Azərbaycanlıların öldürüldüyü şəhərdə... Paşinya
Rusiya – Ermənistan “müharibəsi”nin şou olduğu barədə yazdıqlarımız Nikol Paşinyanın Yekaterinburq hava limanında duz-çörəklə qarşılanma mərasimi ilə bir daha təsdiqini tapdı. Kremlə döyüşüb, Avropaya inteqrasiya edən erməni baş nazir trampdan necə sevincək endisə, sanki uzun illərin həsrəti var idi. Hələ çörəyi duza batırıb yeməsi...Seçki kompaniyasında Alen Simonyanla birgə iştahla qarğıdalı, peraşki yeməsinə çox bənzədi...
Açıq-aydın görünürdü ki, Nikol Paşinyanın Avropa İttifaqı ilə intensiv əlaqələrinin kökündə Rusiyanı daha çox şantaj etmək və Avropadan daha artıq vəsait qopartmaq niyyəti dayanıb. Budur, Avropa Komissiyasının prezidentini də İrəvanda gül-çüçəklə qarşılayıb, ondan Ermənistan üçün əlavə bazar imkanları və pul-kredit siyasəti ilə bağlı bəyanatlar aldıqdan sonra arın-arxayın Yekaterinburq toplantısına üz tutdu. Keçən ilin bu vaxtları Rusiyanın həmin şəhərində Azərbaycan diasporunun fəallarına divan tutulmuşdu, qətlə yetirilənlər, uzun müddətə həbs edilənlər, repressiyaya məruz qalanlar. Proses hələ də davam edir, dinclik vermirlər soydaşlarımıza. Bir il sonra bu şəhərdə guya Rusiyaya qarşı çıxan, KTM, Aİİ-ni tərk etmək niyyətində olan Paşinyana qucaq açıldı.
Səfər ərəfəsində belə iddialar yayıldı ki, guya iştirakçılar arasından Paşinyanın adı çıxarılıb. Amma bütün bunlar Moskva-İrəvan arasında “kritik” münasibət fonunun yaradılması üçün idi. Budur, Paşinyan Rusiyanın Baş naziri Mixail........
