Aşot, Zəngəzurdan əvvəl “sünik” - “münik” var id
Neçə ildir Ermənistanla sülhdən danışırıq, bu barədə yazırıq, istəyirik ki, nəhayət, ədavət bitsin. Amma bitəcəkmi?.. Təsəvvür edin, tarixi torpaqlarımıza köçürülənlər, süfrəmizin qırıntıları ilə yaşayandan sonra ayaq dirəyib, “bura bizimdir”, hikkəsi ilə yerli əhaliyə divan tutan, onları deportasiya edənlər, İrəvan mahalından sonra Qərbi Zəngəzuru, Arazdəyəndən Qazaxadək yaylaq-otlaq adı ilə “kadastr sənədi”ni 108 ildir ala bilməyənlər yenə də ağıllanmaq istəmirlər, ən müxtəlif hikkə ilə çıxış edirlər.
Məsələn, “Real Ermənistan” şüarlı Nikol Paşinyan tarix kitablarından danışır, amma həmin kitablardan erməni məktəbliləri zəhərləyən anti-türk iddialar yığışdırılacaqmı? Çətin. Saxta “erməni soyqırımı”na qoyulmuş abidəni, 1922-ci ildə erməni soyqırımını inkar edən Tələt Paşanı Berlində xaincəsinə qətlə yetirən terrorçu Soğoman Tehliryana qoyulan heykəl – terrorçunun ayağının altında Türk paşasının kəsilmiş başının qoyulması dövlət səviyyəsində terrorçuluğun müdafiəsidir - İrəvandan yığışdıracaqmı? Mümkün görünmür.
Ermənistan terror ölkəsidir və bunu heç zaman unutmamalıyıq! Özü də bu günün məsələsi deyil. Təsəvvür edin, Azərbaycan Milli Şurasının iclasına rəhbərlik etmiş Milli Şuranın sədr müavini, sonrakı dönəmlərdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədrinin birinci müavini, parlamentin sədri Əlimərdan bəy Topçubaşov Bakıda olmadığı zamanlarda ali orqana rəhbərlik etmiş Həsən bəy Ağayevi 1920-ci ilin 19 iyununda Tiflisdə muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirdi. 1918-ci ilin 29 mayında İrəvanın ermənilərə verilməsinə həsr olunan Milli Şuranın Tiflisdəki iclasına sədrlik etmiş şəxsi...Ermənilər belə dönükdür, türkün fövqəladə yaxşılığını da özlərinə zəhər bilirlər.
Budur, Azərbaycan Ermənistana yanacaq göndərir, ölkəmizin ərazisindən ermənilərə Rusiya buğdası daşınır, tikinti materiallarından gübrəyə, qarabaşağa qədər məhz Azərbaycan yolu ilə aparılır bu “dalan ölkə”yə. Nə olsun........
