Qərb atəşkəs haqqında nə deyir? -Sülh illüziyası
ABŞ və İsrailin fərqli maraqları
İran–İsrail–ABŞ qarşıdurması fonunda elan olunan 2 həftəlik atəşkəs ilk baxışda gərginliyin azalması kimi təqdim olunsa da, son hadisələr göstərir ki, bu, klassik sülh razılaşması deyil. Dünənki yazımızda da qeyd etmişdik ki, İrana münasibətdə ABŞ ilə İsrailin maraqları üst-üstə düşmür. Atəşkəsdən sonra baş verənlər bu fərqi daha da aydın şəkildə üzə çıxardı və münaqişənin mahiyyətinin “idarə olunan fasilə” olduğunu təsdiqlədi.
Qərb mediası bu prosesi ehtiyatlı optimizm və dərin şübhə ilə müşahidə edir. CNN analitiki Fareed Zakarianın “Israel wants to destroy the Islamic Republic… the U.S. wants stability.” (İsrail İslam Respublikasını məhv etmək istəyir… ABŞ isə sabitlik istəyir) fikri (CNN) bu fərqi açıq şəkildə ifadə edir. “Reuters” isə daha diplomatik dillə yazır: “Ceasefire… aimed at de-escalating tensions and opening negotiations.” (Atəşkəs gərginliyi azaltmaq və danışıqlar üçün imkan yaratmaq məqsədi daşıyır) (Reuters). Bununla belə, “The Guardian” xəbərdarlıq edir: “Talks… appear to falter.” (Danışıqlar dalana dirənmiş kimi görünür) və “Iran insists on permanent end… US rejects.” (İran müharibənin tam dayandırılmasını tələb edir… ABŞ isə bunu qəbul etmir) (The Guardian). Bu sitatlar göstərir ki, atəşkəs real razılaşmadan çox, taktiki mövqelərin toqquşduğu bir mərhələdir.
İsrail tərəfi isə atəşkəsi formal şəkildə qəbul etsə də, onun məhdud çərçivədə tətbiq olunacağını açıq şəkildə........
