menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Naxçıvan dərsi: Azərbaycanın yeni hərbi strategi

20 0
18.05.2026

2026-cı ilin martında Naxçıvanda baş verən dron hücumu Azərbaycanın təhlükəsizlik sistemində gizli qalan bir boşluğu açıq şəkildə üzə çıxardı. İran ərazisindən buraxıldığı bildirilən 4 kamikadze drondan yalnız biri zərərsizləşdirildi, digərləri isə hədəfə çatdı. Bu, artıq texniki yox, sistemli problemin siqnalı idi: klassik hava hücumundan müdafiə sistemləri yeni nəsil ucuz və çevik dronlara qarşı yetərli deyil.

Bu hadisədən sonra Bakı passiv müşahidəçi mövqeyindən çıxaraq aktiv modernizasiya mərhələsinə keçdi.

Bu mərhələnin əsas istiqamətlərindən biri Ukrayna ilə əməkdaşlıqdır. Ukrayna bu gün dünyada dron və raket hücumlarına qarşı ən çox real döyüş təcrübəsi toplamış ölkədir. 2022-ci ildən bəri Rusiya tərəfindən fasiləsiz olaraq həm ballistik raketlər, həm də ucuz kamikadze dronlarla hücuma məruz qalması Kiyevi tamamilə yeni müdafiə modelinə keçməyə məcbur edib. Bu model bahalı zenit raketlərindən çox, inteqrasiya olunmuş müşahidə sistemləri, radioelektron mübarizə və ucuz interceptor dronlara əsaslanır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrii Hnatovun açıqlaması da bunu təsdiqləyir. Onun sözlərinə görə, Kiyev Azərbaycanla hava hücumundan müdafiə sahəsində topladığı təcrübəni bölüşməyə hazırdır və məqsəd Azərbaycanın müdafiə sistemini müasir təhdidlərə uyğunlaşdırmaqdır. Bu isə artıq sırf texniki deyil, strateji tərəfdaşlıq........

© Müsavat