İranın yeni xəritəsi cızılır
Cənubi Azərbaycanın taleyi kürdlərin əlində?
Bu mövzu yeni deyil. Bu barədə Azərbaycanda dəfələrlə yazılıb, xəbərdarlıqlar edilib, mümkün ssenarilər müzakirə olunub. İndi isə eyni narahatlıq ABŞ analitik mühitində açıq şəkildə ifadə olunur. Bu artıq fərqli mərhələdir. Çünki məsələ regional müzakirədən çıxaraq beynəlxalq strateji gündəmə daxil olur.
ABŞ-da fəaliyyət göstərən analitik platforma "Geopolitical Monitor"-da yayımlanan “The Syrian Clock Is Ticking in West Azerbaijan” (“Qərbi Azərbaycanda Suriya saatı işləyir”) adlı məqalə bu baxımdan sadəcə fikir deyil. Bu, prosesin təsviridir. Məqalənin ilk tezisi bunu açıq şəkildə ifadə edir
“The ongoing war in Iran is rapidly producing a new political and military geography inside the country.” (İranda davam edən müharibə ölkə daxilində yeni siyasi və hərbi coğrafiya formalaşdırır.)
Bu artıq ehtimal deyil. Bu, baş verənlərin diaqnozudur. Məqalənin mərkəzində qoyulan sual isə daha sərtdir: “What happens to the territories of Azerbaijanis in Iran if a Kurdish armed corridor consolidates from the Iraqi border westward toward the Turkish frontier?” (Əgər İraq sərhədindən Türkiyə sərhədinə doğru uzanan kürd silahlı dəhlizi formalaşarsa, İrandakı azərbaycanlıların yaşadığı ərazilərin taleyi necə olacaq?)
Məqalədə açıq yazılır:“…a corridor… connecting toward the Turkish frontier.” (“Türkiyə sərhədinə doğru uzanan dəhliz formalaşa bilər.”)
Və daha sərt: “…would directly sever the geographic chain…”(“Bu, mövcud coğrafi əlaqəni qopara bilər.”) Bu artıq strateji məsələdir.
“Maku… is the tripoint of Iran, Turkey, and Azerbaijan.” (“Maku (İranın Qərbi Azərbaycan ostanında şəhər, Maku şəhristanının inzibati mərkəzi.) İran, Türkiyə və Azərbaycanın kəsişmə nöqtəsidir.”) Kürd silahlı qrupları bu kimi strateji nöqtələri soydaşlarımızdan tmizləməyə çalışa bilərlər. Bu təhlükə son dərəcə realdır...
Bu kimi iddialar artıq ssenarinin mövcudluğunu göstərir. Bu,........
