İran niyə dağılmır? İdeologiyanın görünməyən güc
XXI əsrdə müharibələr artıq təkcə tank və raketlərlə aparılmır. Bu müharibələr ideologiya, psixologiya və sistemlərin davamlılığı üzərində qurulur. Bu gün İran ətrafında baş verənlər də klassik hərbi qarşıdurmadan daha çox, bir dövlət modelinin sınağıdır.
Son hadisələr fonunda diqqət çəkən ilk məqam Körfəz ölkələrinin mövqeyindəki dəyişiklikdir. Əvvəl müharibəyə qarşı çıxanlar, sonra onun dayandırılmasını istəyənlər, bu gün artıq münaqişənin davam etdirilməsini zəruri hesab edirlər. Bu dəyişiklik təsadüfi deyil. Çünki məsələ artıq sərhədlər və ya raketlər deyil, birbaşa rejimin özüdür.
Müasir müharibələrin mühüm alətlərindən biri liderlərin hədəfə alınmasıdır. Bu yanaşma sadə görünür. Lider aradan götürülərsə, sistem də dağılacaq. Lakin tarix bu qədər sadə deyil. Saddam Hüseyn devrildi, amma İraq uzunmüddətli xaosa sürükləndi. Qəddafi aradan götürüldü, amma Liviya parçalandı.
Süleymaninin öldürülməsi isə İran sistemini sarsıtmadı. Bu nümunələr........
