Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik no
“The Hindu” nəşri Suhasini Haidar-ın “A year after Operation Sindoor tensions, India and Azerbaijan decide to reset ties” (Sindoor əməliyyatı ilə bağlı gərginlikdən bir il sonra Hindistan və Azərbaycan münasibətləri yenidən qurmaq qərarına gəliblər) adlı məqaləsində iki ölkə arasında son dönəmdə münasibətlərin yenidən şəkillənməsinə diqqət çəkilir.
Hindistan və Azərbaycan arasında son bir ildə yaranmış gərginlikdən sonra münasibətlərin yenidən qurulması sadə diplomatik hadisə deyil. Bu proses daha geniş geosiyasi kontekstdə - xüsusilə Hindistan–Pakistan qarşıdurması fonunda qiymətləndirilməlidir.
Məqalədə qeyd olunur ki, tərəflər münasibətləri yenidən başlatmaq qərarına gəlib: “After a year of tensions… the governments decided to reset ties as senior officials met in Baku.” (“Bir il davam edən gərginlikdən sonra… hökumətlər Bakıda yüksək səviyyəli görüş keçirərək münasibətləri yenidən qurmağa qərar verdilər”).
Bu,........
