menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Normallaşma” İllüziyası: Ermənistan reallıq qar

19 0
14.05.2026

Cənubi Qafqazda son dövrlərdə baş verən proseslər zahirdə “normallaşma” kimi təqdim olunsa da, əslində bu, regionda formalaşmış yeni güc balansının diktə etdiyi reallığın qəbul etdirilməsi mərhələsidir. Türkiyə ilə Ermənistan arasında intensivləşən diplomatik və iqtisadi təmaslar, xüsusilə 2026-cı ildə birbaşa ticarətə qoyulan məhdudiyyətlərin aradan qaldırılması bu prosesin yeni mərhələsi kimi təqdim olunur. Lakin məsələyə Azərbaycan prizmasından baxdıqda bu “normallaşma” anlayışının mahiyyəti tamamilə fərqli görünür.

Bu, bərabər tərəflər arasında barış deyil. Bu, məğlub tərəfin yeni reallığa uyğunlaşmaq məcburiyyətidir.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi regionda güc balansını köklü şəkildə dəyişdi. Azərbaycan hərbi və siyasi üstünlük əldə edərək ərazilərinin böyük hissəsini geri qaytardı və bununla da Ermənistanın onilliklər boyu qoruduğu status-kvo faktiki olaraq dağıldı. Bu reallıq Ermənistanı seçim qarşısında qoydu: ya yeni vəziyyətə uyğunlaşmaq, ya da dərin və uzunmüddətli təcridə sürüklənmək.

Bu gün Türkiyə ilə “normallaşma” cəhdləri məhz bu məcburiyyətin nəticəsidir.

Azərbaycan isə bu prosesə qarşı çıxan tərəf deyil. Əksinə, Bakı artıq faktiki olaraq Ermənistanla müəyyən iqtisadi əlaqələrin mövcudluğuna imkan yaradır. Ermənistana neft məhsullarının və yanacağın ötürülməsi, eyni zamanda Rusiya və Qazaxıstan taxılının Azərbaycan ərazisindən tranzitlə........

© Müsavat