"Müharibə Azərbaycanın geosiyasi çəkisini artırı
Almaniyanın “Deutsche Welle” nəşrində yayımlanan “Hormus-Blockade macht Aserbaidschan zum großen Transit-Gewinner” adlı məqalə (Hörmüz blokadası Azərbaycanı böyük tranzit qazananına çevirir) başlıqlı analiz, Yaxın Şərqdə gedən müharibənin yalnız hərbi deyil, həm də qlobal iqtisadi və geosiyasi nəticələrini ortaya qoyur.
Müasir münaqişələr artıq yalnız cəbhə xətti ilə ölçülmür. Onlar eyni zamanda enerji marşrutları, logistika xətləri və qlobal ticarət sisteminin üzərində aparılır. İran ətrafında gərginliyin artması və Hörmüz boğazında yaranan risklər dünya iqtisadiyyatının əsas damarlarından birini zəiflədir. Qlobal neft və qaz ticarətinin təxminən beşdə biri bu marşrutdan keçir və bu keçidin təhlükə altına düşməsi alternativ yolların əhəmiyyətini kəskin şəkildə artırır.
“Deutsche Welle”nin təhlilində qeyd olunduğu kimi, mövcud şəraitdə Orta Dəhliz artıq........
