İdeoloji təxribatlara cığır açan tikanlı mövzu
“Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil” – Prezident İlham Əliyev bu sözləri oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirmişdir. Təəssüf ki, Qurultaydan cəmi bir neçə gün sonra təhsil ocaqlarımızın ideoloji təxribatların yuva və alətinə çevrilmə potensialına əyani şəkildə şahidlik etdik.
Şübhəsiz ki, məhz hakim partiyanın Qurultayı çərçivəsində dövlət başçısı tərəfindən bu cür mövzuya toxunulması əsla təsadüfi hadisə deyil. Prezidentin qeyd olunan sözləri bilavasitə təxribatçı qüvvələrə yönəlmiş açıq xəbərdarlıq mesajıdır: “məkrli niyyət və planlarınız bizə bəllidir.” Tərəddüd etmədən və qərəzli tənqidlərdən çəkinmədən deməliyik ki, dövlətçilik müstəvisində ideoloji təxribatlara yol açan bütün tikanlı cığırlardan gələn təhlükələrin qarşısı dərhal alınmalıdır. Bu cür məsələlərdə təxribatçılarla siyasi alver və hansısa danışıqların aparılması üçün ümid yaradan yumşaq ritorikadan istifadə olunması yolverilməzdir. Bütün dövrlərdə düşmənlərin hədəfi olan milli maraqların toxunulmazlığı və sabitliyin dayanıqlığı bunu tələb edir.
Bəli, bu bir həqiqətdir ki, internet texnologiyalarının sürətlə inkişaf edən müasir dövrdə ideoloji təxribatlar sərhəd tanımır. Real həyat ilə virtual dünya arasında sərhədləri sanki görünməz edən internetin hökmranlıq etdiyi bir şəraitdə ideoloji təxribatlara qarşı müdafiə istehkamının inşası mümkünsüzdür. Bu cür təxribatların qarşısı sərt, hətta bəzən populyar hesab olunmayan metodlar vasitəsilə........
