menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Demokratiya” adlı mifik sistemi

38 0
03.04.2026

Dünyada müşahidə olunan əsas tendensiya və rəqəmsal texnologiyaların fantastik inkişafını nəzərə alaraq, tərəddüdsüz və heç nədən çəkinmədən deyə bilərik ki, sistem xarakterli transformasiya prosesləri qaçılmazdır.

Virtual reallığın təsirindən dövlət və cəmiyyəti artıq heç bir “hasar” ilə qorunmaq mümkün deyil. “Virtual reallıq” fasiləsiz olaraq milli sistemlərə yad cisimləri infuziya edir. Rəqəmsallaşma kontekstində hətta onu da əlavə edə bilərik ki, “qloballaşma prosesi” ifadəsi artıq öz adekvatlığını itirib və real vəziyyəti əsla əks etdirmir. Müasir dünya artıq çoxdandır ki, nəhəng rəqəmsal “çadırın” altındadır. O nadir ölkələr ki, həmin qlobal proseslərdən kənar dayandıqlarını zənn edirlər, onlar sadəcə özlərini aldatmaq ilə məşğul olurlar. “Demokratiya” adlı mifik sistem gənc və müstəqil dövlətlərin “damarlarına” çoxdan qoşulub və yad cisimlərin infuziyası durmadan davam edir.     

Təəccüblü deyil ki, ənənəvi dəyərlər sistemi dünyada tədricən təhrif olunur. Əslində yaşadığımız bir çox problemlərin əsl mənbəyi məhz dəyərlər sisteminin cılızlaşması və təhrif olunmasıdır. Yuxarıda bəhs etdiyimiz şərti “sistem” vasitəsilə yanlış stereotiplər, yanlış davranış modelləri və yanlış sosial-mədəni oriyentirlər siyasi-ictimai şüurumuza sözün........

© Müsavat