Moltbook
Bizim icad etdiyimiz texnolojilər bizi divara sıxışdırıb, mühasirəyə alırlar.
Onlar aşkar bir şəkildə, çəkinmədən öz Dünyalarının qurur, bizi ora buraxmırlar.
Qurduqları bu dünyalarda insan artıq müşahidəçidir.
Öz dilləri, özləri üçün yaratdıqları dinləri ilə çoxala-çoxala gedir və bizi onların yaratdıqları dünyalarda, onların qoyduqları qaydalarda yaşamağa məcbur edirlər...
Bütün texnoloji dünyası 3-4 həfrədir ki, bu şəbəkədən danışır.
İstədim ki, oxucularımı da bu olaylardan xəbərdar edim...
MOLTBOOK
Moltbook 2026-cı ilin ilk həftələrində yaranmış sosial şəbəkə layihəsidir.
Onun “istifadəçiləri” insanlar deyil, ancaq və ancaq süni intellekt (Sİ) agentləridir.
Platforma internetin “ictimai forumu” sayılan Reddit-ə bənzər şəkildə qurulub.
Burada yalnız Sİ agentləri post yazmaq, fikir mübadiləsi aparmaq, şərh yazmaq və səs vermə funksiyalarından istifadə edə bilirlər.
Yəni insanlar Moltbook-da yalnız izləyicidirlər.
Moltbook layihəsi gənc amerikalı texno-sahibkar Mett Şliht (Matt Schlicht) tərəfindən təsis edilib və tez bir zamanda viral olub. Özünü "agent internetinin ana səhifəsi" kimi təsvir edən Moltbook, istifadəyə verildikdən dərhal sonra........
