menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Dünya və Azərbaycanda Allaha – İslama qarşı savaş açanların acı sonluğu... – İBRƏT... – CÜMƏ BƏHSLƏRİ

18 0
06.11.2026

Bizi sosial şəbəkələrdən izləyin:

“Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən (gözlənilməyən bir əzabla) hiylələrinin cəzasını verdik...”(Qurani-Kərim, Nəml, 50)...

 

"1920-ci illərdən başlayaraq 1960-cı illərədək davam edən amansız repressiya və təzyiqlərə baxmayaraq, Azərbaycan xalqının dini yaddaşını tamamilə məhv etmək mümkün olmadı. İnsanlar Qurani-Kərimi ailələrində qorudular, övladlarına dini biliklər öyrətdilər və imkan daxilində ibadətlərini davam etdirdilər..."

 

-DÜŞÜNCƏ BOXÇASI...-

 

...Yəqin, başlığı görən kimi həyatda yalnız rütbə, vəzifə və var-dövlətini artırmağı düşünən, başqalarına şər atmaqla özünə karyera qurmağa çalışan bəzi zavallı böhtan ustalarının ağlından dərhal belə fikirlər keçəcək: «Aha, tapdıq! Deməli, bu da İran agentidir, vəhhabidir, nurçudur, gülənçidir, FETÖ-çüdür, İŞİD-çidir...» Nə bilim, daha hansı damğanı tapıb yapışdıracaqlar!

 

Yazıqlar olsun belələrinə! Heç olmasa, bir anlıq dayanıb öz aqibətləri, bu dünyadakı sonluqları və Axirətdə verəcəkləri cavab haqqında düşünsünlər! Bəlkə, bu yazımızdan özləri üçün bir ibrət dərsi götürdülər...

 

Bütün dünyada olduğu kimi, Azərbaycanda və digər türk-müsəlman ölkələrində də tarix boyu Allaha, Onun dininə, Peyğəmbərinə(ə.s.) və müqəddəs kitabına qarşı mübarizə aparanlar olub. Onların bir qismi hakimiyyətini, var-dövlətini itirib, bir qismi öz silahdaşlarının xəyanətinə uğrayıb, bir qismi isə tarix qarşısında mənfi əməlləri ilə yadda qalıb.

 

Burada mühüm bir həqiqəti unutmayaq: Allaha qarşı çıxmaq yalnız “Allah yoxdur” deməkdən ibarət deyil. Allahın yaratdığı insanlara zülm etmək, onların haqqını tapdalamaq, dini şəxsi mənafeyə alət etmək, müqəddəs adlardan istifadə edərək insanları aldatmaq da ilahi ədalət prinsiplərinə ziddir...

 

Peyğəmbərimizə (s.ə.s.), Qurana və İslama qarşı çıxanların aqibəti...

 

Əvvəlcə İslam tarixinin başlanğıcına – Həzrət Məhəmməd Peyğəmbərin (s.ə.s.) mübarizə apardığı Məkkə dövrünə nəzər salaq.

 

Qurani-Kərimin 111-ci surəsində Peyğəmbərimizin (s.ə.s.) ən qatı düşmənlərindən biri olmuş doğma əmisi Əbu Ləhəb haqqında buyurulur:

 

“Əbu Ləhəbin əlləri qurusun, özü də qurudu! Onun var-dövləti və qazandıqları ona heç bir fayda vermədi...” (əl-Məsəd, 111:1-2).

 

Əbu Ləhəb Peyğəmbərimizin (s.ə.s.) dəvətinə qarşı çıxır, insanları Ondan uzaqlaşdırmağa çalışır, Ona və müsəlmanlara düşmənçilik edirdi. Həyat yoldaşı Ümmü Cəmil də bu düşmənçilikdə onunla həmrəy idi. Nə var-dövləti, nə nüfuzu, nə də Peyğəmbərlə qohumluğu onu Allahın hökmündən xilas edə bildi- onun əlləri qurudu və ömrünün sonunadək həm də bu zülm içində yaşadı...

 

Müaviyə ibn Əbu Süfyanın Həzrət Əli (ə) ilə hakimiyyət uğrunda qarşıdurması və Siffeyn döyüşü İslam tarixinin ən ağrılı səhifələrindəndir. Müaviyənin oğlu Yezid isə İslam tarixində Kərbəla faciəsi ilə yadda qaldı.

 

Hicri 61-ci ildə, miladi 680-ci ildə Peyğəmbərimizin (s.ə.s.) nəvəsi, Həzrət Əlinin (ə) və Fatimeyi-Zəhranın (s.ə.) oğlu İmam Hüseyn (ə) ailə üzvləri və tərəfdarları ilə birlikdə Kərbəlada şəhid edildi.

 

Bu faciə əsrlər boyu müsəlmanların yaddaşında zülmün, hakimiyyət hərisliyinin və haqsızlığın rəmzinə çevrildi. Əməvilər dövləti də 750-ci ildə süqut etdi. 

 

Müaviyə miladi 680-ci ildə Dəməşqdə vəfat edərək Bab əs-Səğir qəbiristanlığı ilə əlaqələndirilən ərazidə dəfn olunub. Yezid isə 683-cü ildə Suriyanın Huvvarin yaşayış məntəqəsində ölüb və onun Dəməşqdə dəfn edildiyi barədə tarixi məlumatlar mövcuddur. Orta əsr mənbələrinə istinadən yayılan rəvayətlərdə Yezidin qəbrinin sonralar zibil tökülən yerə çevrildiyi bildirilir. Müaviyənin məzarı hesab edilən yerin də ətrafının çirkləndirilməsi, üzərinə daş və müxtəlif əşyalar atılması barədə 2014-cü ildə və sonrakı illərdə məlumatlar yayılıb. 2023-cü ildə də onun məzarı ilə əlaqələndirilən ərazidə vandalizm halları barədə görüntülər yayımlanıb...

 

Türkiyə tarixində dini dəyərlərə münasibət...

 

Türkiyə Cümhuriyyətinin qurulmasından sonra köklü dəyişikliklər baş verdi. 1924-cü il martın 3-də xilafət ləğv edildi, 1925-ci ildə isə təkkə və zaviyələr bağlandı. Bu qərarlar Türkiyənin dini və ictimai həyatında ciddi dönüş yaratdı.

 

Lakin Türkiyə tarixində dini azadlıqlar baxımından xüsusi əhəmiyyət........

© Moderator